İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Gündəm / Ölkə
2-05-2024, 13:38 130
İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?


Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov vətəndaşlarla görüşünü dayandırıb.

Gununsesi.info–nun xəbərinə görə, cənab Kərimov artıq 3-cü aydır ki, vətəndaşlarla görüş üçün bölgələrə getmir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının başçıları, o cümlədən məhkəmə hakimiyyətinin rəhbərliyi ayda bir dəfə müəyyən olunmuş qrafiqə uyğun olaraq ölkənin müxtəlif bölgələrində qəbul həyata keçirir.

Azərbaycanda məhkəmə-hüquq sisteminin ən problemli sahələrdən biri olduğunu nəzərə alsaq, o zaman Ali Məhkəmə sədrinin daha çox bu görüşlərə qatılması vacibdir.

Araşdırmamız zamanı onu da öyrəndik ki, may ayı üçün də nəzərdə tutulan qəbul cədvəlində İnam Kərimovun adı yoxdur.

İnam Kərimovun vətəndaşlarla ünsiyyətdən yayınmasının səbəblərini öyrənmək üçün Ali Məhkəməyə müraciət etsək də hər hansı bir cavab ala bilmədik.