`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...

Gündəm / Sosial
Bu gün, 13:42 25

Sumqayıtda yerləşən "Tinderyol Baku" adlı bu mağaza açıq aşkar vergidən yayınır. "DİA-AZ" xəbər verir ki, bu iddianı "Mütəriyəm Şikayətim Var" sosial qrupunda səsləndiriblər.

Narazı vətəndaş daha sonra bildirir: "Artıq bir neçə aydır ki, qəti olaraq kartla ödəniş qəbul etmirlər.

Səbəbi ilə maraqlandıqda satıcılar bildirirlər ki, müdiriyyət belə istəyir.

Bu mağaza 2 saylı Vergi idarəsinin yaxınlığında yerləşdiyinə görə, yəqin ki, vergi işçilərinin də məlumatı var... Amma hələ ki, Vergi Məcəlləsi yada düşmür..."(DİA-AZ)