Həmrəyliyimiz Zəfərimizdir!
Gündəm / Sosial
27-12-2024, 12:30
1 005

Hava Yollarımızın Bakı-Qroznı istiqamətində hərəkət edən təyyarəsinin qəza enişi etməsi nəticəsində sərnişinlərimizin faciyəvi şəkildə həlak olması və xəsarət alması Xalqımızı və ölkə başçımızı dərindən kədərləndirdi.Baş vermiş hadisə ilə bağlı Prezident İlham Əliyev dərhal Rusiya Federasiyasındakı səfərini təxirə salmış, vətənə qayıdaraq, təcili hadisənin səbəblərinin araşdırılması üçün müvafiq tapşırıqlar vermişdir.Dövlət başçısı İlham Əliyevin rəhbərliyilə Heydər Əliyev adına Binə Hava Limanında müşavirə keçirilmiş və hadisə zamanı dünyasını dəyişmiş, xəsarət almış insanların ailələrinə yardım etmək məqsədi
ilə dövlət komissiyası yaradılaraq, bir günlük matəm elan olunmuşdur.Mən baş vermiş bu qəza hadisəsi ilə bağlı xalqımız-ın,insanlarımızın həmrəyliyini xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm.Belə ki, həmrəyliyimizin ən böyük və ilk nümunəsini
elə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev göstərdi.O, Rusiya Federasiya-
sına tədbir ilə əlaqədar uçurdu və hadisənin baş vermə xəbərini alan kimi, dərhal geri, vətənə döndü və xalqımızın narahatlığının aradan qaldırılması üçün operativ olaraq müşavirə keçirdi və müvafiq tapşırıqlar verərək, xalqımızın yanında olduğunu növbəti dəfə bildirdi. Beləliklə qürurla qeyd edirəm ki, cənab Prezident İlham Əliyevin ölkədə yürütdüyü siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır və hər-bir ölkə vətəndaşının onun üçün necə və qədər önəmli olduğunun biz şahidi olduq.
Allah, qədirbilən Xalqımızı və xilaskarımız Heydər Əliyev siyasi-kursunun layiqli davamçısı, Prezident İlham Əliyevi qorusun.
Beləliklə xalqımız milli birliyi, həmrəyliyi ilə, öz Liderinin ətrafında sıx birləşərək bütün dünyaya nümunə göstərdi.
Saatlı Araz-Şöhrət şirkəti.
məsul işçi, Vüqar MƏNMMƏDOV.