Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq

Gündəm / Dünya
Bu gün, 09:25 12

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton insan haqlarının pozulması iddiası ilə bağlı təhqiqat aparılana qədər Cənubi Afrika Respublikasına (CAR) bütün maliyyə yardımını dayandıracaq.

Bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

"Cənubi Afrika Respublikasında torpaqlar müsadirə olunur və müəyyən təbəqələrə qarşı çox pis rəftar edirlər. Radikal sol medianın dilə gətirmək belə istəmədiyi iyrənc bir vəziyyətdir", - o yazıb.

"Ən azı, insan haqlarının kütləvi pozuntuları göz qabağındadır. Birləşmiş Ştatlar buna dözməyəcək, biz hərəkətə keçəcəyik. Bundan əlavə, mən bu vəziyyətin tam təhqiqatı başa çatana qədər Cənubi Afrika Respublikasına gələcəkdə bütün maliyyələşdirməni dayandıracağam", - Tramp fikirlərini yekunlaşdırıb.