Sabah Ərdoğan dünyaya mesaj verəcək
Gündəm / Dünya
Dünən, 17:36
303
Sabah Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 8-ci Fövqəladə Böyük Qurultayı baş tutacaq. Konqresdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə və dünyaya vacib mesajlar verəcək.
Bunu AKP-nin sədr müavini Həmzə Dağ deyib.
“Qurultay “Türk əsri”nin ilk qurultayı olacaq. Prezidentimiz ölkəmizə və dünyaya mühüm mesajlar verəcək”, - H.Dağ əlavə edib.