Evində su qızdırıcısı partlamışdı - 13 gün sonra öldü
Gündəm / Dünya
28-03-2025, 17:05
1 793
Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs 13 gün sonra xəstəxanada ölüb.
“Qafqazinfo”nun məlumatına görə, ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, martın 15-də mərhumun evində su qızdırıcısı partlayıbmış.
Faktla bağlı araşdırma aparılır.