Niyazi Bayramovun başçı olduğu Gəncədə 32 milyon görün nələrə xərclənib - oğlunun dəbdəbəli avtomobil kolleksiyası və restoranı ilə gündəmə gəlmişdi
Gündəm / Sosial
9-12-2025, 12:53
2 015
Bu dəfə Niyazi Bayramovun rəhbərlik etdiyi Gəncə Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki idarə və müəssisələrin 2025-ci il ərzində həyata keçirdiyi tender müqavilələrini araşdırmışıq. Məlum olub ki, müxtəlif xidmətlərin, tikinti işlərinin və avadanlıqların alınmasına milyonlarla manat vəsait xərclənib. Tenderlərin tam siyahısı və məbləğləri: Gəncə Şəhər İcra Hakimiyyəti – Gəncə Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-yaşayış sahəsinin kommunal və istismar xidmətinin satınalınması – 25.000 AZN Gəncə Şəhər İcra Hakimiyyəti – İnzibati Bina İdarəsi / PEARL SERVİS Məhdud Məsuliyyətli Cəmiyyəti Bir sıra xidmətlərin satın alınması – 41.831 AZN Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / Qoşqarçay SİB Su haqqının ödənilməsi – 25.000 AZN Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / COLOUR PARK AGRO Məhdud Məsuliyyətli Cəmiyyəti Abadlıq işləri və istehlak yönümlü müxtəlif xidmətlər, bioloji aktivlərin satın alınması – 45.870 AZN Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / HƏDƏF BİR 2025 Məhdud Məsuliyyətli Cəmiyyəti Dəftərxana və təsərrüfat mallarının satın alınması – 24.479,1 AZN Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / NUR SUPPLIER Məhdud Məsuliyyətli Cəmiyyəti Müxtəlif növ xidmətlərin satın alınması – 61.843,8 AZN Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / MAS MMC Radiotezliklərə internet xidmətinin göstərilməsi – 3.610,8 AZN Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / ATLANTIS CONSTRUCTION GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti Parkın ərazisində cari təmir işləri və müxtəlif avadanlıqların alınması/quraşdırılması – 115.024,04 AZN Gəncə Şəhər İcra Hakimiyyəti / Azpetrol Ltd. Məhdud Məsuliyyətli Cəmiyyəti Xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzin – 20.620,8 AZN Gəncə Şəhər İcra Hakimiyyəti / VERTUS ENGINEERING CO MMC 10 ədəd sərnişin liftinin alınması və quraşdırılması – 494.971,65 AZN Gəncə Şəhər İcra Hakimiyyəti / RÖVŞƏN OĞUZ QRUP MMC Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (avadanlıqların quraşdırılması, işə baxılması və sınaq işləri) – 12.000.000 AZN Tikinti-quraşdırma işlərinin davam etdirilməsi – 377.390 AZN Gəncə İdman Sarayının tikintisi – 4.000.000 AZN Gəncə Şəhər İcra Hakimiyyəti / AZƏRMAŞ PARK MMC “Lada Niva Tarvel” markalı minik avtomobilinin satın alınması – 26.500 AZN Gəncə Şəhər İcra Hakimiyyəti / GƏNCƏ KÖRPÜ TİKİNTİ-2 Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində yolların əsaslı təmiri – 2.897.827,35 AZN Gəncə Şəhər İcra Hakimiyyəti / Reyhan Müəssisəsi MMC 249 mənzilli yeni yaşayış binasının tikintisi – 2.000.000 AZN Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / GLOBAL SUPPLY SERVICES COMPANY MMC Cari təmir-tikinti işləri üçün mal-materialın satın alınması – 220.904,59 AZN Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / GƏNCƏ KÖRPÜ TİKİNTİ-2 Açıq Səhmdar Cəmiyyəti Ekoloji Park kompleksinin və ətraf abadlıq işlərinin satın alınması (2-ci hissə) – 6.189.463,25 AZN Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / ALOV-MÜHAFİZƏ Məhdud Məsuliyyətli Cəmiyyəti Mühafizə xidmətinin satın alınması – 188.000,31 AZN Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / FLEX Məhdud Məsuliyyətli Cəmiyyəti Telefon və internet şəbəkələrinin yenilənməsi xidmətlərinin satın alınması – 77.415,08 AZN 2025-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyindəki qurumların bağladığı müqavilələrin ümumi məbləği: 32.186.667,72 AZN Araşdırma göstərir ki, Gəncə Şəhər İcra Hakimiyyəti müxtəlif xidmətlər və iri tikinti layihələri üçün böyük məbləğdə vəsait xərcləyib. Tenderlərin əksəriyyəti MMC-lər vasitəsilə həyata keçirilib ki, bu da diqqət çəkən bir faktordur. Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun 2 milyon manatlıq dəbdəbəli avtomobil kolleksiyası barədə məlumatlar yayıb. Bəhram Bayramova məxsus 13 bahalı maşından beşi – “Jeep”, “Range Rover”, “Bentley”, “Porsche” və “Mercedes” – eyni dövlət nömrəsi ilə qeydiyyata alınıb və onların ümumi dəyəri təxminən 1 milyon manatdır. Həmçinin ilk dəfə Niyazi Bayramovun oğlunun adına rəsmiləşdirilən və həyat yoldaşına məxsus olan dəbdəbəli “D’lite” restoranı barədə məlumat vermişdik.(32gün.az)
