Sabiq deputat Əsabil Qasımovun tikinti şirkətinin inanılmaz fırıldaqları

Gündəm / Cəmiyyət
Bu gün, 18:11 14
Hakimlər keçmiş deputatın saxta məktubları ilə necə qanunsuz məhkəmə aktları «istehsal» ediblər?(Əvvəli ötən yazıda)«Təzadlar»ın Araşdırma Qrupu sabiq deputata məxsus tikinti şirkəti ilə bağlı inanılmaz faktları üzə çıxarıb. Təsəvvür edirsinizmi, “Azər-Tikinti-şirkəti» MMC-nin İH-nin sədri Mətin Əmiraslanov (keçmiş deputat Əsabil Qarakişi oğlu Qasımov cəmi 27-28 yaşı olan bu şəxsi özünün ən etibarlı adamı kimi yalnız sənədləri imzalamaq üçün istifadə edir) 21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq Dövlətin Sahibkarlıq Fondundan götürülmüş 2 (iki) milyon manat kreditinin təminatı üçün ipotekada yüklü olan 170m2 və 226m2 əmlakları girov saxlayanın- Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) və mülkiyyətçilərin razılığı olmadan 3-cü şəxslərə özbaşına satmışdır.Bundan əlavə, “Azər-Tikinti şirkəti» MMC-nin rəhbəri, sabiq deputat Əsabil Qasımov  21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinə əsasən, 170m2 və 226m2– -cəmi 396m2 sahə üçün, müqavilə bağlamadan isə özbaşına uçurduqları 85 m2 obyektlə birlikdə yekun, cəmi: 481 m2 sahəni mənimsəmiş, bir sözlə, mülkiyyətçi, “Tovuz-Konyak” Evinin rəhbəri, ölkədə tanınmış iş adamı Naiq Məmmədhəsənovun əmlak hüquqlarını dolayı yollarla ələ keçirmiş, rəhbəri olduğu şirkətin fəaliyyətini iflic vəziyyətə salmışdır.Ələ keçirilmiş əmlakların də\yərinə gəlincə, konkret olaraq Bakının ”28 May” ərazisində 1 m2 obyekt sahəsinin qiyməti bu gün əmlak bazarında ən azından 10 (on) min manatdan 17 min manatadək və daha çox qiymətləndirilir.
Əsabil Qasımovun Ramiləsi və saxta vədlər…“Azər-Tikinti- şirkəti» MMC-nin rəhbərliyi  Nəsimi rayonu Azadlıq prospekti-42 ünvanındakı zirzəmi mərtəbəsindəki  85 m2 obyekti özbaşına uçurduğu üçün Nəsimi rayon Polis İdarəsində tədqiqat işləri başladıqdan sonra əl-ayağa düşən MMC rəhbərliyi başqa fəndə əl atır: mülkiyyətçiləri MMC-nın hüquqşunası Bağırova Ramilə Ramiz qızı iş saatından sonra satış ofisinə dəvət edir. Bu zaman o, mülkiyyətçilərə sülh təklif edir, yaranmış mübahisənin öz aralarında, yəni məhkəmədən kənar həll edilməsini bildirir. Əsabil Qasımovun qanunsuz hərəkətlərindən bezən qarşı tərəflər Ramilə Bağırovanın yağlı dilinə inanır(sonra məlum olacaq ki, aldanır), (170+2202+85 m2)=481m2 obyektin 1m2-nı ən aşağı qiymətə- 10 min manata alqı- satqı edilməsinə (481kvm. x 10 min)=4 milyon 810 min manata razılaşırlar. MMC-nın hüquqşunası Ramilə Bağırova fürsəti əldən vermir, mülkiyyətçiləri inandırır və söz verir ki, onlara həmin axşam 1 milyon 55 min manat avans veriləcək, qalan 4 milyon 810 min manat (4.810.000-1.055.000 azn =3.755.000 manat) pul isə səhər Bakıdakı 54 saylı notariusda alqı-satqı zamanı veriləcək!Beləliklə, MMC-nın rəsmi nümayəndəsi Ramilə Bağırova bu dəfə yeni bir uydurmanı ortaya atır: səhər ödəniləcək məbləğin kassadan götürülməsi üçün mülkiyyətçiləri aldadaraq bildirir ki, götürülmüş vəsaitin qəbulu ilə bağlı bir neçə məzmunda ərizə və 17 ay MMC-nin mülkiyətçilərə ödəmədiyi kirayə haqqından imtinaya dair ərizə versinlər. Binəva mülkiyyətçilər Əsabil Qasımovun bu səlahiyyətlisinin yağlı dilinə və felinə yenə də inanır, 1.055.000 manat avans aldıqları və digər borclarla bağlı razılığa gəlirlər, 4.810.000-1.055.000=3.755.000 azn və avans verilən zaman sayılarkən əksik gəlmiş 50.000 azn=3.805.000 azn vəsaiti də səhər 12 aprel 2025-ci il tarixində 54 saylı notariusda, əmlakların sənədləşməsi zamanı təhvil alacaqlarını zənn edirlər.Sən saydığını say, gör Əsabil Qasımov notariusda nə sayır…Beləcə, atalar demiş, sən saydığını say, gör Əsabil Qasımov bu dəfə nə sayır: səhəri gün mülkiyyətçilər sevinc içində 54 saylı notariusda olurlar. Xeyli gözləyirlər, amma MMC-nın nə satış direktoru, nə də hüquqşünası Ramilə Bağırova gözə dəymir. Beləliklə, onlar vədlərinə xilaf çıxaraq notariusa gəlmirlər. Yenə də aldatma, kələk gəlmə!***…Mülkiyyətçilər MMC-nin nümayəndəsi Ramilə Bağırovaya zəng edirlər, qarşı tərəf yenə də aldatmaya üstünlük verir, bildirir ki, notariusa mütləq nümayəndə göndəriləcək, sadəcə, onun adına dediyi məzmunda ərizə yazılması, notariusda qeydiyyatdan keçirilməsi, sonra da razılaşmış məbləği dünənki qaydada ofisdən gəlib götürmələri lazımdır.Necə deyərlər, yalançını son mənzilinə kimi! Mülkiyyətçilər qarşı tərəfin səmimiliyinə yenə də inanır, onların dedikləri məzmunda tərtib edilmiş ərizəni göndərdikləri nümayəndənin adına notariusda təsdiq etdirir, sonra isə dərhal “Azər-Tikinti” MMC-nın ofisinə-Əsabil Qasımovun hüzuruna gəlirlər.Heç bilirsiz nə baş verir: o boyda sabiq deputat, ağsaqqal adam, sahibkar… gizlənir, yoxa çıxır. Bəs bir saat əvvəl verilən vəd, and, inam və etibar???Mülkiyətçilər ofisdə heç kəsi- nə satış müdini, nə də nümayəndə Ramilə Bağırovanı orada görmürlər, edilən telefon zənginə də cavab verilmir, dəmir qapı onların üzünə bağlanır!***…Mubahisənin məhkəmədən kənar razılaşdırılmış şərtlərlə icrasının heç cürə mümkün olmadığını görən mülkiyyətçilər aldadıldıqlarına əmin olduqdan sonra 54 saylı notariusa verdikləri ərizələrin ləğvi ilə bağlı yazılı məktub təqdim edirlər. Həmçinin 51 min manat və 17 ay ödənilməyən kirayə haqqının da ödənilməsi, əmlakların təhvil verilməsi ilə bağlı yenidən məhkəməyə şikayət verirlər.Kirayə haqqı ilə bağlı işə baxan Nəsimi rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı İş№16(006)489-2025, 24.10.2025-ci il tarixli qərardadla ”Azər-Tikinti” MMC-nın 17 ay ödəmədiyi 51.000 manat kirayə haqqının ödənişi ilə bağlı MTT qərardadını qəbul edir. Qərardad icraya göndərilir…Əsabil Qasımovun bank hesabına məhkəmə qərarı ilə həbs qoyulur…Nəticədə, MMC-nin bank hesablarına 51 min manat kirayə haqqının ödənilməsi ilə bağlı həbs qoyulur. Bundan sonra «Azər-Tikinti» MTK həmin qərardan apellyasiya şikayəti verir. Bakı Apellyasiya Məhkəməsi keçmiş deputatın fırıldaqlarından xəbərdar olur və ədalətli qərar verir, 02.12.2025-ci il tarixli 16(103)-849/2025 saylı məhkəmə aktını qüvvədə saxlayır. Hansı ki, bu qərardaddan şikayət verilə bilməz.***Daha bir məhkəmə mübahisəsi: mülkiyyətçilərin şikayəti ilə əmlakların qaytarılması, dəymiş zərərin ödənilməsi ilə bağlı bu epizodla işə baxan Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyeva “Azər-Tikinti” MTK-ya mövcud vəziyyətlə bağlı sorğu göndərir. MTK-nın sədri Mətin Əmiraslanov da Əsabil Qasımovun yalanlarından dərs aldığı üçün yeni taktika seçir, o da keçir yalanlara və aldadılmalara. Onun imzası ilə məhkəmənin sorğusuna 14 avqust 2024-cü il tarixli məktub ilə yalandan cavab verir ki, guya təqdim edilən (eləcə də girov saxlayan Əmanətin Sıgortalanması Fonduna yazdığı rəsmi cavab məktubunda) və ipotekada olan mülklərin (170 2+226 m2 ) guya 21.12.2018-ci il tarixli “Azər-Tikinti” MTK-ilə bağlanmış “Razılaşma” müqaviləsinə görə götürülmüş öhdəlik tam icra edilib, müqavilədə göstərilən əmlakların 170 m2 qeyri- yaşayış, 226 m2 isə iki mənzilin hamsının tam təmirli olaraq mülkiyyətçilərə təhvil verilib(məktublar əlavə edilir).
Hakim də Əsabil Qasımovun yalanlarından «bəhrələndi» və…Atalar deyib: «Sənə güvəndiyim dağlar, sənə də…» yalan yağarmış… Beləliklə, hakim Həbibə Miriyeva “Azər-Tikinti” MTK-nın bu məktublarını və 4.810.000 manata razılaşılmış mülklərin dəyərindən verilən cəmi 1.055.000 azn ödəniş aktını gözdən keçirir, sonra yerli baxış təyin edir, videoçəkiliş olunur və s. Bütün həngamə də bundan sonra baş verir: hakim 19 avqust 2024-cü ildə iş № e-2(006)-3149/2024-saylı yerli baxış aktı tərtib edir. Bu aktda yazılır ki, guya açarlar  mülkiyyətçilərə təhvil verilib, ardınca da hakim yerində baxışla bağlı audio-video baxış aktı əsasında iclas protokolu yazır. Təsəvvür edirsinizmi, sonradan məlum olur ki, iş protokolunda hakim Həbibə Miriyeva yerli baxış zamanı aparılmış video çəkiliş diskini dəyişdirib, yerinə heç bir görüntü olmayan boş disk qoyub.Bu xanım hakimə yaraşan bir iş idimi? Qatığa necə qara demək olardı axı?!Beləliklə, hakim heç bir araşdırma aparmadan:–ikitərəflı qəbul-təmir aktı olmadan; -mənzillərin açarlarının daimi təhvil məqsədi ilə verildiyini təsdiq edən sənəd olmadan;-əgər mənzillər MTK-nın məhkəməyə və girov saxlayan Əmanətlərin Sığortalanması Fonduna göndərdiyi rəsmi məktublarda göstərildiyi kimi mülkiyyətçilərə obyektlərin (170m2 və 226m2 ) tam təmirli təhvil verilmişdirsə, məhkəmə qərarları ilə 10.04.2023-cü il tarixli, №2(103)-423 saylı icra vərəqəsi ilə 170m2 qeyri-yaşayış üçün 14400 azn, 226m2 sahə üçün 9600 azn, cəmi- 24000 azn, 14.05.2024-cü il üçün № e-2(006)-2052/2024 saylı icra vərəqi ilə 170m2 və 226m2 obyektlər üçün 66.000 manat 24.10.2025-ci il tarixli № e-16(006)-489/2025 saylı icra vərəqəsi ilə 170m2 qeyri-yaşayış, 226 m2 mənzillər üçün cəmi 51.000 manat kirayə haqqı məcburi qaydada məhkəmə qərarları ilə nəyə görə məcburi tutularaq verildiyini də araşdırmadan;-həmin əmlakları MTK-nın ilk gündən 3-cü şəxsə satıldğını araşdırmadan;-hakimin özünün qərardadı ilə keçirilən ekspertiza rəylərinə qiymət verilmədən;-məhkəmə iclas protokollarına düzəliş edilmədən;-dövlətin güzəştli kreditinin təminatı kimi ipotekada olan əmlakları 170 m2 və 226 m2 girov saxlayanın yazılı razılığını və yüklülüyün ləğvi sənədi olmadan;-hətta mülkiyyətçinin razılığı olmadan üçüncü şəxsə necə satıldığını araşdırmadan;-MTK-nın sonradan istinad etdiyi təhvil-təslim aktı, açarların verilməsi və faktiki qəbul sübutları araşdırılmadan;-MTK-nın müxtəlif tarixli bəyanatları dövlət reyestrləri ilə faktiki təhvil sənədləri ilə üzləşdirilmədən;-61 ayda mülkiyyətçilərə dəymiş ziyanla bağlı verilən vəsatətləri araşdırmadan;-işdə cinayət halı olması ilə bağlı AR. MPM-nın 265.4 maddəsi ilə bağlı mülkiyyətçinin verdiyi vəsatəti təmin etmədən;-yerli baxış aktının audio-video kasetlərinin yerinə boş diskin qoyulmasının səbəbini izah etmədən;-ödənilmiş dövlət rüsumunun doğruluğunu müəyyən etmədən- necə natamam, ziddiyətli, qərəzli qətnamə qəbul edə bilərdi??? Və edir də! Hakim mülkiyyətçilərin və girovsaxlayan Əmanətin Sığortalanması Fondunun iddialarını, verilmiş bütün vəsatətləri necə rədd edilə bilərdi??? Amma o, edir… Və ədalətsiz, qanunsuz qətnamə qəbul edir! Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın şəxsi maraq zəminində çıxardığı qanunsuz qətnaməsi……Mülkiyyətçilər Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın şəxsi maraq zəmnində çıxardığı məlum natamam -alayarımçıq qətnaməsindən Bakı Apelliyasiya Məhkəməsinə şikayət göndərir və yuxarıda göstərilən bəndlər üzrə heç bir araşdırma aparılmayan halların araşdırılıb, Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın çıxardığı natamam qətnaməsinin bütövlükdə ləğv edilməsini xahiş edirlər.Bakı Apelliyasiya Məhkəməsində işə baxan hakim Günay Axundova keçirdiyi elə birinci hazırlıq iclasında həmkarından geri qalmır, heç bir araşdırma aparmadan, beş dəqiqəlik müşavirə otağında dayanır, öz-özünə söhbət edir, mülkiyyətçilərin üzünə gülür, təbəssümlə onları seyr edir, sonra da məruzəçi hakim olaraq əvvəlcədən 2 saata hazırlanmalı şübhəli və natamam qətnamə layihəsini «məruzə edərək» (hansı ki, qətnamənin bu məruzəsini ən azı iki saata belə yazmaq mümkün deyildi, deməli, əvvəldən hazır imiş) mülkiyyətçilərin və Əmanətin Sığortalanması Fondunun şikayətlərini rədd edir.Sözün bitdiyi yer: buna görədir ki, bəzən məhkəmələrimizi 8 KM kolxoz bazarına bənzədirlər!Maraqlı haldır ki, hakim Günay Axundovanın çıxardığı qətnamədə göstərdiyi abzastlar üzrə bütün faktlar bir-biri ilə ziddiyyət yaradır, şikayətdə göstərilən faktların araşdırılmasına toxunulmur, hətta çıxardığı qərəzli və natamam qətnaməsinin 34-cü səhifəsinin 81-ci abzasında göstərir ki, «Qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin(hakim Fuad Talışınski) 2(103)-425-2023 saylı, 1-04.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmiş alqı-satqı zamanı(zirzəmi mərtəbəsindəki 85 kvm. sahənin) mülkiyyətçisi məhz bu zirzəminin bir hissəsinin satıcıya təhvil verilməsi, daşınmaz əmlakın satış anına məhz qiymətinin iddia edilən dəyərdə olması sübuta yetirilməmiş, əksinə, əmlakın vahid əmlak olması, yəni 155,7 kvm. olması və qiymətlərin bu nisbətindən məhz vahid əmlak kimi satılaraq əmlakın satıcının sahibinə verilməsi təsdiqini tapmışdır».
Bildirək ki, Nəsimi rayon Prokurorluğunun 85 kvm. sahə ilə bağlı apardığı cinayət işinin dəqiqləşdirilməsinə dair müstəntiq 85 kvm. sahənin yenidən qiymətləndirlməsi ilə əlaqədar  yenidən ekspertizə təyin etmiş, həmin 85 kvm. sahənin 1 kvm.-nin 2025-ci il tarixinə əmlak bazarında orta minimum qiymətinin 9500-15000 manat olması ilə bağlı ekspert rəyini əldə etmiş, həmçinin 2016-cı ildə Ali Məhkəmədə hüquqi qüvvəsini almış 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarında belə sözü gedən 85 kvm. sahənin 1 kvm.-sinin 5186,25 manat olması ekspert rəyi ilə təsdiqlənmişdir. Buna baxmayaraq necə ola bilər ki, 6 il sonra hakim F.Talışinskinin 12 oktyabr 2022-ci il tarixində təkrar qiymətləndirmə aparılması ilə bağlı qanunsuz qəbul etdiyi qərardadla həmin sahənin -85 kvm.-nin 1 kvm.-lik sahə üçün 1 vərəqlik rəylə də deyil, adicə arayışla 1600 manat olduğu göstərilmişdir???Bütün bunlardan əlavə, maraqlıdır, bəs onda iş materillarında olan- 11.04.2025-ci il tarixli zirzəmidə yerləşən 170 kvm qeyri-yaşayış sahəsi üzrə mülkiyyətçiyə verilmiş 1 miylon 55 min manat nə məqsədlə verilmişdir ki, 11.04.2025-ci il tarixdə 1 kvm. zirzəmi sahəsinin dəyəri 1 milyon 55000:170kvm.= 6205 manat edir ki, bu da 2016-cı ildə Ali Məhkəmənin 10 dekabr tarixi qərarı ilə 85 kvm. üçün qiymətləndirilmiş qiymətlə tam eynilik təşkil edir. 2026-cı ildə isə 85 kvm sahənin özbaşına uçurulması ilə bağlı Nəsimi rayon Polis İdarəsində və Nəsimi rayon Prokurorluğunda qaldırılmış cinayət işi ilə bağlı həmin sahəyə baxış keçirilmiş, baxışdan əvvəl sabiq deputat Əsabil Qasımova məxsus «Azərtikinti» MTK-nın nümayəndəsi Ramilə Bağırova baxışdan əvvəl həmin sahənin 170 kvm. qeyri-yaşayış sahəsi olduğunu bildirmiş, yalandan bu sahənin satıldığını, mülkiyyətçinin artıq başqa bir şəxsin olduğunu bildirmişdir. Lakin ərazi sahə rəisinin, Nəsimi Pİ İstintaq şöbəsi müstəntiqinin və mülkiyyətçilərin iştirakı ilə qapının açılması zamanı həmin sahənin 85 kvm. olduğu, təmir işi aparılmadığı təsdiqlənmiş, protokol tərtib edilmişdir.Yaxşı olardı ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova hazırlıq iclasında şəxsi marağı zəminində tələsik qərar çıxarmazdı və bu ziddiyyətlərə hüquqi qiymət verərdi. O, bununla da 1-ci instansiya məhkəməsinin araşdırmadığı nöqsanları görməzdən gələrək, qanunsuz qətnamə çıxardığı üçün, eləcə də mülkiyyətçilərin ödədiyi dövlət rüsumunu belə düzgün hesablayıb dəqiqləşdirmədiyindən mülkiyyətçilərin onun bu alayarımçıq qətnaməsindən verdiyi kassasiya şikayəti məhz dövlət rüsumunun düzgün hesablanmamasına görə də geri qaytarılmışdır.Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova indi də zərərçəkmiş mülkiyyətçilərlə intriqa aparır!…Ali Məhkəmənin haqlı göstərişlərinin bərpa edilməsinə, Dövlət rüsumunun qalan hissəsinin də tam ödənilməsinə baxmayaraq isə hakim Günay Axundova kassasiya şikayətini hələ də məlum olmayan səbəbdən Ali Məhkəməyə göndərməyib. Niyə? Bu nə özbaşınalıqdır? Hakim bununla nə demək istəyir???***Hesab edirik ki, Ali Məhkəmə həmişə olduğu kimi, Ədalət mühakiməsinin bərqərar olmasını təmin edəcək, aşağı instansiya məhkəmə hakimlərinin qanunsuz hərəkətlərinə isə Məhkəmə-Hüquq Şurası tərəfindən hüquqi qiymət veriləcək.
Sonda: «Təzadlar»da olan şikayətçi-mülkiyyətçilər Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciətlərində həm də yazırlar:-Biz gözləyirik ki, bütün bu qanunsuzluqlara son veriləcək və sabiq deputat Əsabil Qasımovun rəhbəri olduğu “Azər-Tikint” MTK-nın fəaliyyəti ciddi araşdırılacaq, araşdırma isə sənədlərin mövcud mülki mübahisənin təkrarı kimi deyil, görünən mümkün cinayət əməlləri kimi Azərbaycan Respublikasının Baş Prokrorluğunda araşdırılacaq, xüsusi nəzarətdə saxlanılacaq. Çünki sabiq deputatın əməlləri ictimai təhlükəlidir, ona görə ki, bu əməllər vətəndaşların etirazını körükləyir, ictimai narazılıqları artırır, düşmən dəyirmanına su tökür!Biz inanırıq ki:-Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın, eləcə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın Ali Məhkəmənin plenumunda Azərbaycan bayragı qarşısında hakim andı içərkən, ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına tam uygun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakim ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacağına and içdiyi bir halda, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və kobud sürətdə pozduqlarına, hakimin yüksək adını şəxsi marağına qurban verdiklərinə, hakim adını ləkələyən davranışlara yol verdiklərinə, eləcə də Azərbaycan Respublikası Prezdentinin məhkəmə-hüquq sistemində son vaxtlar apardığı taleyüklü islahatların uğurlarına öz davranışları ilə kölgə saldıqlarına görə barələrində intizam icraatının başlanması mütləqdir!(Davamı var)«Təzadlar»ın Araşdırma Qrupu