Xətai klinikasının rəhbəri Fərid Əliyev həkimlərin ödənişini vermir

Gündəm / Sosial
Dünən, 15:40 20

Xətai Estetik Klinikasının pullarını ala bilməyən həkimlərə verdiyi vaxt başa çatıb.

Bu haqda bir neçə gün öncə xəbər verilmişdir.

Pullarını ala bilməyən həkimlərin sözlərinə görə, problemin həll olunması üçün klinikanın direktoru Fərid Əliyev bir həftə vaxt istəmişdi.

Amma vaxt başa çatsa da, verilən vəd yerinə yetirilməyib.

Həkimlər saytımıza deyiblər ki, avqust ayından bəri görülən işin müqabilində pullar verilmir. Onlar bunu maliyyə özbaşınalığı hesab edirlər.

Tibb işçiləri məsələnin həlli üçün mübarizəni davam etdirəcəklərini söyləyiblər.

Xətai Estetik Klinikasının rəhbərliyi isə məsələyə dair açıqlama verməkdən yayınır.(Modern.az)