Qazax Dövlət Sosial-İqtisadi Kollecində yarımmilyonluq yeyinti: Elşad Quliyev həbs astanasında
Gündəm / Sosial
Bu gün, 08:54
15

Redaksiyamıza daxil olmuş məlumatlara görə qanunsuzluqlar son dövrlər Qazax Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində də müşahidə olunur. Elşad Quliyevin rəhbərlik etdiyi bu təhsil müəssisəsi özbaşınalıqlarla idarə olunur. Verilən məlumatda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava öz gərginliyi ilə diqqəti cəlb etdirir.

Burada təhsil sistemi bərbaddır, rüşvətxorluq baş alıb gedir. Redaksiyamıza daxil olan məlumata görə kollecdə aparılan maliyyə yoxlaması zamanı yarılmmilyonluq maliyyə maxinasiyası aşkarlanıb. Mənbənin sözlərinə görə bunun nəticəsi olaraq Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev vəzifəsindən kənarlaşdırılıb. Apardığımız araşdırma zamanı məlum oldu ki, Qazax Dovlət Sosial-İqtisadi Kollecində külli miqdarda dövlət vəsaiti kotirovka sorğusu yolu ilə mənimsənilir. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.539,8 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə “AZİMUT TƏCHİZAT” MMC ilə bağlanılıb.
MMC 13.02.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 20 manat, qanuni təmsilçisi Cəfərova Gülnarə Zair qızıdır. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. İnformasiya texnologiyası avadanlıqlarının və lisenziyaların satın alınması, mətbəə məhsullarının satınalınması, mühafizə avadanlıqları, katriclərin doldurulması xidməti kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.
Maşın və avadanlıqların satın alınması üzrə 15.999,62 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə “STRİX” MMC ilə bağlanılıb.
MMC 22.09.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat, qanuni təmsilçisi Şirinov Pərvaz Rafael oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Maşın və avadanlıqların satınalınması, İKT və məişət avadanlıqlarının satın alınması kimi kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bu MMC-nin də bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.
Cari təmir işlərinin satın alınması üzrə 28.010,9 manat dəyərinə satınalma müqaviləsi 01.11.2023-cü il tarixdə “GLOBAL SERVICES” MMC ilə bağlanılıb.
MMC 28.11.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi Hüseynov Habil Qabil oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin məlumatlarında vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı göstərilir.
Qeyd edək ki, Sosial-İqtisadi Kollecin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “VARIANT-SEVIS” və “ORLONDO AZ” MMC-lərinin də Dövlət Vergi Xidməti tərəfindən ləğv edildiyi göstərilir. MMC-lərin müvafiq olaraq 35057.69 manat və 56204.86 manat vergi borcu var.
Belə ki, iddialara gorə kollec direktoru özünü biznes sahəsində də sınayıb və çox da uğurlu, davamlı gəlirlər əldə edib. Qazaxda Qeydiyyat şöbəsi, Hüseynbəyli kəndinə gedən yolun kənarında, altı mağaza, üstü kafe kimi fəaliyyət göstərir. Digəri isə yeni tikiib. Bundan əlavə, Qazax rayonu Cannallı kəndində (Azpetrolun yanı) yeni məhlədə dəbdəbəli villa, bakı şəhərində iki ədəd ev və iki ədəd “Mercedes” markalı minik avtomobili.
Maraqlısı bundadır ki, obyektlərin hər biri onun ailə üzvlərinin adına sənədləşdirildiyi bildirilir.(Paytaxt.org)
