GÖMRÜK KOMİTƏSİNİN SÖZÇÜSÜ NATİQ AXUNDOV SÖZDƏN QAÇIR.

Gündəm / Sosial
Bu gün, 15:33 8
GÖMRÜK KOMİTƏSİNİN SÖZÇÜSÜ NATİQ AXUNDOV SÖZDƏN QAÇIR.

Dövlət Gömrük Komitəsində (DGK) Axundov Natiq Sabir oğlu
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi
Gömrük xidməti polkovniki
başlanmış cinayət işi ilə əlaqədar bu qurumun xeyli əməkdaşı həbs olundu.
Kifayət qədər ciddi ittihamlar irəli sürülüb. Təbii ki, cinayət işi açılıbsa, bütün suallara istintaq, məhkəmə aydınlıq gətirəcək.
Ancaq elə suallar var ki, ona yalnız Dövlət Gömrük Komitəsindən cavab verilə bilər və verməlidirlər. Hər bir təşkilatda olduğu kimi bu komitədə də mətbuatla işləyən əməkdaşlar var.
Gömrük Komitəsində bu funksiyanı Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Axundov Natiq Sabir oğlu daşıyır. Daşıyır…, amma yerinə yetirə bilmir.
Natiq müəllimə zəng vurub hansı saytdan, kim olduğumu, hansı suallara cavab almaq istədiyimi bildirdim. Fikrimi tam bitirməmiş deyir ki, buna prokurorluq cavab verməlidir. İmkan vermir bir sözün axırını gətirim.
Telefonu üzümə qapadıb nömrəmi də blok etdi. Bu nə mədəniyyət, nə də əxlaq çərçivəsinə sığır. Sizi o posta təyin ediblər ki, ilk növbədə media ilə, ictimaiyyətlə təşkilatınız arasında vasitəçi olasınız. Siz isə əksini edirsiniz.
Tərcümeyi-halınızda 2006-cı ildən DGK Mətbuat Xidmətinin rəisi işlədiyiniz qeyd olunur. Deməli, bu komitədə çoxlarına bələdsiniz və strukturunuza daxil olan idarələrin məramını, öhdəliklərini bilməmiş deyilsiniz.
Sizə sual verirəm ki, komitədə daxili nəzarət olurmu? Bu sadə sualdan yayınmaqla, özü də kobud şəkildə dəstəyi asmaqla nəyə ümid edirsiniz? Jurnalistlə, qadınla kobud danışıq tərzinizi qınamıram, yəqin görüb-götürdüyünüz odur.
Amma cənab Natiq Axundov mən sizə bilavasitə işə görə zəng vurub media təmsilçisi olaraq cavab istəyirəm. Bu mənim jurnalist olaraq haqqımdır. Siz də məhz bizi maraqlandıran suallara aydınlıq gətirmək üçün orada oturub dövlətin büdcəsindən məvacib alırsınız.
Qaçaqmalçıların həbsinə görə hirsinizi niyə belə aqressiv formada bildirirsiniz? DGK saytında qaçaqmalçı əməkdaşlarınızın həbsi barədə hələ bir kəlmə də yazılmayıb.
Eyni zamanda, Dövlət Gömrük Komitəsinin bu barədə mövqeyi ictimaiyyətə bildirilməyib. Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı Şahin Bağırov deyəsən müavinləri ilə birlikdə sükuta qərq olub.
Siz yaxşı olardı bunları düşünün.
Bu hadisə Dövlət Gömrük Komitəsində baş verən yeganə qanun pozuntusu deyil. Bu “medalın görünən tərəfi”dir. Hələ məlum olub aşkar olunmayan çox əməllər var.
Gömrükxanaların əlindən sadə vətəndaşlar da, sahibkarlar da qan ağlayır. Dövlət gömrük rüsumları bir tərəfdə qalıb, gömrükçülərin öz rüsumları da ölkəyə mal idxal-ixrac edən adamları bezdirib.
Əgər Ruslan Eyyubov, Fərid Usubov kimiləri qaçaqmalçılıq ediblərsə, gömrükxanalarınız da soyğunçuluq edirlər. Bu komitədə şəffaf sistem yaradılmayınca, bu belə də davam edəcək.
Sima Babayeva
TEREF