Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
Gündəm / Aktual
Bu gün, 17:08
12
Təxminən 10 gün əvvəl Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin qənşərində yerləşən küçənin sakinlərinin Prezident İlham Əliyevə müraciətini yaymışdıq.
Onlar Mia.az-a şikayətlərində bir neçə ildir ərazidə yaşayış binaları tikən “Günəş” MTK-nın rəhbərliyinin indi də küçəni tən ortadan bölərək hasarlamasına etiraz edirdilər. Həmin vaxt sakinlər, o cümlədən məhəllədə yaşayan şəhid ailəsi bu özbaşınalığın qarşısının alınmasını xahiş edirdilər.
Lakin görünən odur ki, şikayət ünvana çatmayıb və bundan sui-sitifadə edən şirkət rəhbərliyi başlatdığı qanunsuz hasarlamanı başa çatdırıb.
Yerli sakinlər yeni fotofakt göndərərək bir daha bildirirlər ki, bu hasarlama küçəni daraltmaqla azyaşlıların oynamasını, insanların və avtomobillərin gediş-gəlişini məhdudlaşdırıb:
“Çox xahiş edirik ki, yerli icra qurumları heç olmasa bu qanunsuzluğun qarşısını alsınlar. Belə dərəbəylik olmaz axı…”


