Maştağada bir həftə əvvəl çəkilən asfalt dağıldı – ŞİKAYƏT + VİDEO

Gündəm / Aktual
Bu gün, 16:45 25
Maştağada bir həftə əvvəl çəkilən asfalt dağıldı – ŞİKAYƏT + VİDEO

Maştağa qəsəbəsində cəmi bir həftə əvvəl asfaltlanan yol artıq sıradan çıxmağa başlayıb.

Sakinlərin Bakues.az-a bildirdiyinə görə, yolun çəkilişi zamanı texniki tələblərə əməl olunmayıb.

Məlumata əsasən, asfalt örtüyünün alt qatına şeben əvəzinə qum və gil materialı döşənib. Halbuki əraziyə şeben gətirilsə də, ondan istifadə edilməyib. Sakinlər bildirirlər ki, bu cür yanaşma asfaltın keyfiyyətini və davamlılığını ciddi şəkildə azaldır, nəticədə yol qısa müddətdə yararsız hala düşür.

Bundan əlavə, yolun yaxınlığından keçən su borularında sızmalar müşahidə olunur. Qeyd edilir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, problem hələ də həllini tapmayıb.

Sakinlər yol-tikinti işlərinin keyfiyyətinin araşdırılmasını və aşkar edilən nöqsanların qısa zamanda aradan qaldırılmasını tələb edirlər.

VİDEO LİNKDƏ: https://bakues.az/mastagada-bir-hefte-evvel-cekilen-asfalt-dagildi-sikayet-video/