19 ildir icra başçısı olan 80 yaşlı Mübariz Əhmədzadə

Gündəm / Ölkə
Bu gün, 16:29 31
19 ildir icra başçısı olan 80 yaşlı Mübariz Əhmədzadə

Ölkədə başladılan kadr dəyişiklikləri mütəmadi davam edir.

Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu. Lakin pensiya yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.

Xalq-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.

Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.

Dünən 19 ildir İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 79 yaşı geridə qoyub səksən yaşa keçdi.

Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Qax şəhər 1 saylı orta məktəbini, 1970-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala maşın-melorasiya stansiyasında sahə mühəndisi kimi başlamışdır. 1976–1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsində rəis vəzifəsində çalışmışdır. 1979–1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olmuşdur. 1985–1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi, 1989–2007-ci illərdə Qax “Avtonəqliyyat” müəssisəsinin rəhbəri vəzifəsində çalışmışdır.

2007-ci ildən 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı olmuşdur. 2009-cu ildən Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri (2006–2021). Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi olmuş Əhməd Əhmədzadənin qardaşıdır. Ailəlidir. 3 övladı var(Xalq.online)