BƏƏ-də üçtərəfli görüş başladı

Gündəm / Dünya
23-01-2026, 16:50 1 588

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş başlayıb.

Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Lakin ukraynalıların və rusların eyni otaqda olub-olmadığı hələ məlum deyil”, - məlumatda deyilir.

Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski BƏƏ-də Rusiya və ABŞ nümayəndələri ilə keçiriləcək üçtərəfli danışıqlarda ölkənin şərqindəki (Donetsk və Luqansk vilayətləri - red.) ərazi məsələlərinin müzakirə olunacağını açıqlamışdı.