Vidadi Zeynalova görə Fuad Kərimovun mülkləri niyə müsadirə edilir?

Gündəm / Sosial
Bu gün, 15:54 24

Məlum olduğu kimi, ötən həftə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun mülkləri satışa çıxarılıb.

Toplam 47 milyon manatdan bir qədər çox qiymətləndirilən mülklərin dəyərinin bundan iki dəfə çox olduğu iddia olunur.

Lakin əsas məsələ qiymətin aşağı göstərilməsi deyil. Vidadi Zeynalovun müsadirə edilən mülklərinin siyahısında maraqlı bir adın qeyd edilməsidir. Belə ki, söhbət Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının sədri Kərimov Fuad Hüsü oğlunun adına olan mülklərdən gedir. Həmin siyahıda qeyd edilir ki, Fuad Kərimovun adına iki mülk müsadirə olunaraq, satışa çıxarılıb.

Maraqlıdır ki, həbs olunan və mülkləri satışa çıxarılan şəxs Vidadi Zeynalovdur. Amma müsadirə edilən mülk sahibləri arasında onun qaynı Fuad Kərimov da var. İndi əsas sual budur ki, Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının sədri Fuad Kərimov öz adına olan mülkiyyətinə sahib çıxa bilmir? Yoxsa, saxta mülkiyyətçiliklə Vidadi Zeynalovun korrupsiya cinayətlərinə ortaqlıq edib?

Bu məsələni araşdırmaq artıq rəsmi qurumların işidir. Çünki ortada mövcud olan fakt budur ki, keçmiş aparat rəhbərinin dövlətə vurduğu ziyana görə, onun qaynının mülkləri müsadirə edilir.(tribuna.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.