Şəfahət İmranovun yerinə o təyin edildi - ƏMR
Gündəm / Sosial
3-02-2026, 17:13
305
Respublika hərbi prokuroruna yeni müavin təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.
Əmrə əsasən ədliyyə polkovnik-leytenantı Natiq Abbasov sözügedən vəzifəyə təsdiqlənib.
Qeyd edək ki, bu vəzifəni əvvəl Şəfahət İmranov tutub. O, ötən gün Abşerona prokuror göndərilib.
