Qobu Parkı 8-də qanunsuzluq?! Dövlət orqanları və vəzifə sui-istifadəsi üzə çıxdı?

Gündəm / Aktual
Bu gün, 16:08 64

Qaradağ rayonu, Qobu park 8 ünvanında baş verən qanunsuz tikinti artıq şəhərsalma qaydalarının kobud şəkildə pozulmasının açıq nümunəsinə çevrilib. “Heqiqixeber.az” xəbər portalına daxil olan məlumatlara görə, abadlaşdırılmış sahədə kürə təndir evi tikilir. Məsələ yalnız tikintinin qeyri-qanuni olması ilə bitmir; burada həm də dövlət orqanlarının vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalı gündəmə gəlir.

Məlumata görə, obyektin sahibi Çinarə xanım bu sənədsiz və qanunsuz yeri özbaşına mənimsəyərək, tikinti işlərinə başlamışdır. Daha da diqqətçəkən məqam odur ki, o iddia edir ki, Qaçqınkom-dan Səbuhi müəllim həmin torpağı ona verib və “tik, arxanda mən durmuşam” deyə bildirib. Bu cür açıqlama yalnız qanunsuzluğun legitimləşdirilməsi cəhdi kimi qiymətləndirilə bilər və vətəndaşlar arasında ciddi etimadsızlıq yaradır.

Park və abadlaşdırılmış sahələr yalnız ictimai istifadəyə aiddir və burada aparılan hər hansı tikinti şəhərin estetik görünüşünə, ekoloji tarazlığa və vətəndaş hüquqlarına zərbə vurur. Dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz tikintiyə göz yumması və ya dəstək verməsi həm korrupsiya şübhələrini artırır, həm də qanun qarşısında bərabərsizliyi nümayiş etdirir.

Qobu parkındakı bu vəziyyət bir daha göstərir ki, ictimai yerlərin qorunması və qanunlara riayət etmək hər bir vəzifəli şəxsin məsuliyyətidir. İctimai maraq və hüquqlar şəxsi maraqlardan üstün tutulmalıdır. Qanunsuz tikintilərə göz yumulması, birbaşa olaraq cəmiyyətin qayda-qanuna inamını sarsıdır və dövlətin nüfuzuna zərbə vurur.

Belə hallara qarşı sərt hüquqi tədbirlər görülməli, tikinti dayandırılmalı və məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməlidir. Qobu parkı və onun kimi abadlaşmış ərazilər hər bir vətəndaşın istirahət və sosial istifadəsinə aiddir – şəxsi maraqların qurban verilməsi isə qəbuledilməzdir. Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektira Komitəsi və Qobu Park yaşayış parkının rəhbəri bu qanunsuz tikinti barəsində ciddi ölçü götürələcəyinə əminik.(Heqiqixeber.az)

Məsələ diqqətimizdə saxlayırıq.

Adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq

VİDEO LİNKDƏ: https://xalq.online/qobu-parki-8-de-qanunsuzluq-dovlet-orqanlari-ve-vezife-sui-istifadesi-uze-cixdi