Saleh Məmmədov keşmiş icra başçısı Ziyəddin Əliyevə vəzifə verib?
Gündəm / Sosial
Bu gün, 16:20
31

Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov gizli formada himayə etdiyi məlum olub.
AAYDA sədri S.Məmmədov Z.Əliyevi rəsmi formada heç bir vəzifəyə təyin etməsə də, o, qeyri-rəsmi formada 14 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsini idarə edir.
Belə ki, Ziyəddin Əliyev AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovun adamı kimi tanınır. 2023-cü ildə Prezident sərəncamı ilə vəzifəsindən azad edilən sabiq icra başçısı indi sözügedən qurumda qeyri-rəsmi formada fəaliyyət göstərir.
Xəbərə görə, Saleh Məmmədov yaxın dostu olan Ziyəddin Əliyevi icra başçı vəzifəsindən çıxarıldıqdan cəmi 1 il sonra yanına aparıb.
Yada salaq ki, 2024-cü ildə Saleh Məmmədov 14 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinə Ziyəddin Əliyevin köməkçisi Qismət Quliyevi direktor təyin edib. Lakin bu təyinat kağız üzərində qalıb və Qismət Quliyevin işini Ziyəddin Əliyev həyata keçirir.
Hazırda Z.Əliyev icra başçısı olduğu dövrdə qazandığı əlaqələr hesabına bütün imkanlardan istifadə edərək yerli şirkətləri batırmaqla məşğul olur. Yerli şirkətlərə çox ucuza iş görərək şirkətlərin məhvinə səbəb olub.
İddiaya görə, Z.Əliyevə bu işləri görə bilmək üçün pullar ayrılır, onun özbaşınalıqlarına göz yumulur, ona böyük imkanlar yaradılır. Məlumata görə, Z.Əliyev 14 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin iclaslarında da özü iştirak edir, tapşırıqlar verir. Halbuki o, sözügedən idarədə rəsmi formada heç bir vəzifə daşımır, adı rəhbər şəxslər arasında yoxdur.
Prezidentin etimadını doğrultmayan, yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən Z.Əliyevin S.Məmmədov tərəfindən himayə edilməsi anlaşılan deyil. Maraqlıdır, prezidentin etimadını doğrultmayan bir şəxs S.Məmmədovun etimadını necə doğruldub?Tribuna.az