“City net” dən şikayət: “2 gündür internetsiz qalmışıq…”
Gündəm / Seçilmişlər
Bu gün, 18:28
28

“Mənim şikayətim “City net”dəndir…” “DİA-AZ” xəbər verir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Aydan Hüseynli Məmmədova adlı istifadəçi gileynlənir.
Narazı vətəndaş daha sonra bildirir: “2 gündür artıq internetsiz qalmışıq. Evdə 3 müəllim var və onlayn hazırlıqlarımız olur. Dünən dəfələrlə zəng etmişik, gələcəklərini dedilər, amma gəlmədilər. Daha sonra “instagram” səhifəmizdə paylaşdım. Dedilər… olar ki, paylaşımda dəyişiklik edəsiniz… sabah ən birinci iş başlayan kimi işçilər yaxınlaşacaqlar.
Amma saat artıq 16.00 olub hələ də yaxınlaşan yoxdur. Dəfələrlə zəng etmişik, 5 manatdan çox kontur işlətmişik…
Belə hallarla əvvəl də qarşılaşırdıq… başqa provayderdə…
Ona görə həmin şirkətdən üz döndərib bu şirkəti seçdik, bu şirkət isə ümumiyyətlə işçi göndərmir…”
DİA-AZ