Məhsullarını yediyimiz "Cheeseella" MMC-də biabırçı vəziyyət... - BU NƏDİ BELƏ?

Gündəm / Seçilmişlər
Bu gün, 11:18 26
Məhsullarını yediyimiz "Cheeseella" MMC-də biabırçı vəziyyət... - BU NƏDİ BELƏ?

Saatlı rayonunun Fətəli kəndində yerləşən və “Cheesella MMC” (cheesella_mmc) adı ilə fəaliyyət göstərən pendir istehsalı sexində vəziyyət ciddi narahatlıq doğurur. Bildirilir ki, müəssisə Tofiq Rzayevə məxsusdur və burada ağ pendir, saçaqlı pendir, qalav pendiri və kərə yağı kimi məhsullar hazırlanır.
1xeber.media xəbər verir ki,müşahidələr zamanı sexdə antisanitariya və natəmizlik faktlarının baş alıb getdiyi, sanitar-gigiyenik normaların kobud şəkildə pozulduğu ehtimal olunur. Məhsulların heç bir qoruyucu geyim, əlcək və qaydalara uyğun vasitələr olmadan daşınması, açıq şəkildə götürülüb qoyulması, saxlanması və qablaşdırılması müşahidə edilir.