Bu şəxslər YAP sədrinin müavini olmaq üçün hərkətə keçdi-ŞOK İDDİA!-ŞOK ADLAR...!
Gündəm / Sosial
Bu gün, 11:30
24

Fevralın 9-da Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən kimi hakimiyyət daxilində dərhal hərkətlənmə başlaylb.
Hakimiyyətdəki etibarlı mənbənin Yenixeber.org-a ötürdüyü məlumata görə,YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun icra başçısı təyinatından sonra sözügedən post uğurunda bir neçə önəmli fiqur öz adamlarını seçdirməkdə qərarlıdır.
İddiaya görə hakim partiyanın prestijli postu uğurunda kifayət qədər dayaqlara malik Anar Ələkbərovun iki namizədi var. “A planı”nda 2015–2020-ci illərdə Heydər Əliyev Fondunda məsul vəzifələrdə çalışmış, hazırda isə millət vəkili olan Soltan Məmmədov (Bakı klanı), “B planı”nda isə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevdir (Qərbi Azərbaycan kökənli). Siyasi cəhətdən təcrübəsiz (partiya anlayışı olduqca az olan) Soltan Məmmədovun 700 minlik nəhəng bir partiyanın idarəetməsinə gətirilməsi partiyaya nə dərəcədə xeyir verə bilər, bax bu çoxlu sullar yaradır.
YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri postuna digər iddialı şəxs millət vəkili Vüqar Rəhimzadədir. Onun bu vəzifəyə seçilməsində maraqlı olan tərəf isə son iki ildə dayaqları zəifləyən general Bəylər Əyyubovdur. Hətta,iddia edilir ki, deputat Rəhimzadə fevralın 9-da təcili imkan taparaq Bəylər Əyuubovla görüşə nail olub. Vüqar Rəhimzadənin siyasi təcrübəsi kifayət qədər olsa da, onun məşhur generalın yanında yer alması vəziyyəti bir qədər çətinləşdirir. Görünür,76 yaşlı Bəylər Əyyubov heç olmasa,YAP daxilində nəzarəti əlində saxlamaq niyyətindədir.
Maraqlıdır, YAP-ın veteranları, əsl əqidəli YAP-çılar bu məsələdə hansı mövqedə olacaq? Çünki Tahir Budaqov elə şəxs idi ki, o bütün tərəflərlə balanslı şəkildə işləyirdi və YAP-ın şəhər və rayon təşkilatlarının nüfüzunun bərpa olunmasında əhəmiyyətli rol oynadı.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.