İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
Gündəm / Sosial
Bu gün, 15:52
18
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb.
AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq Əmr imzalayıb.
Qeyd edək ki, Ə.Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.
Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Kamran Gülbala oğlu Əzizov təyin olunub.(Qaynarinfo))

