46 yaşlı kişi “Günəşli” hoteldə öldü

Hadisə
Dünən, 12:07 57

Bakıda hoteldə ölüm hadisəsi baş verib.

Hadisə noyabrın 22-si saat 18 radələrində Xətai rayonu Babək prospektində yerləşən “Günəşli” hoteldə qeydə alınıb.

Orada istirahət edən 1980-ci il təvəllüdlü Ə.Şirinov səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

“Avantaj.media”