Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY

Sosial
Bu gün, 18:14 9
 "Qaz sayğacında sızma var idi. Və..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş dah asonra bildirir: "Buna görə də "Azəriqaz"ın qəza xidmətinə zəng etdim... gəlib "qayka"sın sıxdılar. 3-5 gün sonra təkrar qaz sızıntısı oldu. Gələn qazın yarısı evə... yarısı havaya gedirdi.
Təkrar zeng elədim... Gəlib blomb vurdular və şəkil çəkdilər... Sayğacı qeydə aldılar və dedilər, müraciət elə idarəyə.
İndi idarədən gələn də deyir ki sayğac zədələnib... get filan yerə... 300-500 manat ödə... təzə saygac qoysunlar....
Sayğacda əzilmə-bukulmə qırıq-filan belə yoxdur..."