Həkim Travmatologiya və Ortopediya İnstitutundakı biabırçılıqdan yazdı

Gündəm / Siyasət
Bu gün, 17:30 9


Həkim Aydın Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı biabırçı vəziyyəti ictimailəşdirib.

Həkimin sözlərinə görə, sözügedən xəstəxanada olduqca əhəmiyyətli və vacib olan tibbi cihaz yoxdur:
“Biabrçılığın zirvəsi! Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün Sümük Densitometriyası (Osteodensitometriya) cihazı yoxdur, ya da var, işləmir!
Bu bilirsiz nəyə bənzəyir? Elə bil ki, məsələn, dərzidir iynəsi yoxdur, bərbərdir qayçısı yoxdur və s. Nonsense”.(Bizimesr.info)