12 minlik gödəkçə geyinən maliyyə nazirimiz HOQQA VERİR... - BU NƏDİ BELƏ?

Gündəm / Sosial
Bu gün, 09:15 12

"2010–2012-ci illərdə Nazirlər Kabinetinin qərarı ilə hərbçilərin kommunal xərclərinin ödənilməsi üçün ailə başı hər ay 11 manat vəsait ödənilib. Bu gün isə hökumət qərara gəlib ki, 14 il əvvəl hərbçilərə edilən həmin 11 manatlıq güzəşt yanlış olub..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu açıqlamasında ictimai fəal Şahin Nəcəfov qeyd edib.

O daha sonra bildirir: "Buna görə də dörd ay ərzində bu güzəştdən yararlanan hərbçilərin əməkhaqqından və ya pensiyasından hər ay 162 manat tutulması icraya yönəldilib. Bu məbləğ kütləvi şəkildə deyil, hissə-hissə çıxılır ki, "tüstüsü " cıxmasın . Hərbçi ailələrinə verilən 11 manatlıq kommunal güzəşti büdcə israfı kimi qiymətləndirib, 14 ildən sonra geri almaq bu hökumətin hələ qarşıdakı illərdə nələrə qadir olacağının göstəricisidir.
Amma maraqlıdır ki , 14 il əvvəl , hər ay 11 manat verib , bu gün niyə 162 manat geri alır?
Nə isə , Allah köməyimiz olsun..."

Qeyd edək ki, bir neçə gün əvvəl bahalı gödəkcəsi ilə diqqətə gələn maliyyə nazirimiz Sahil Babayev hələ ƏƏSMN-dəki ABSURD QƏNAƏT REJİMİ ilə əlillərə və sosial rifahı aşağı olanlara qan uddurması ilə nəzərləri cəlb etmişdi. İndi isə səlahiyyətləri daha da genişdir. Ölkə miqyasında HOQQA VERMƏK fürsəti var...

Dia-az