Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
Gündəm / Siyasət
Bu gün, 15:16
9

Prezident İlham Əliyev 14 may 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Komitə sədrinin adi müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb. Sədrin 1-ci müavini ilə birlikdə isə müavinlərin sayı 3-dən 4-ə çatıb.