Ramana sakinləri üsyana qalxdı: Şuşa şəhərciyində yollar bərbad vəziyyətdədir

Gündəm / Cəmiyyət
Bu gün, 13:03 12

Bakının Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Sabir Əhmədli küçəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Ərazidən göndərilən fotolarda küçənin palçıq içində olduğu, yolun müxtəlif hissələrində çala və nahamarlıqların yarandığı görünür.

Şikayətçinin sözlərinə görə, sözügedən ərazidə vəziyyət olduqca acınacaqlıdır. Xüsusilə yağışlı havalarda palçıq və çalalar səbəbindən yolda hərəkət etmək çətinləşir.

Sakinlər bildirirlər ki, küçənin bu vəziyyətdə olması həm sürücülər, həm də piyadalar üçün ciddi narahatlıq yaradır.

Şikayətçi aidiyyəti qurumlardan ərazidəki yol probleminə diqqət yetirilməsini və küçənin təmir olunmasını xahiş edir. (Patrul.az)