Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb

Hadisə
Dünən, 11:49 136
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb


Bakıda kütləvi dava olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mediada yayılan məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Bir nəfərin öldüyü bildirilir.