Tuhel və Kimmix arasında gərginlik

İdman
20-02-2024, 17:01 1 826
Tuhel və Kimmix arasında gərginlik

“Bavariya”nın baş məşqçisi Tomas Tuhelin futbolçu Coşua Kimmixi ilə arasında münaqişə yaranıb.

Buna səbəb “Bohum”la (2:3) oyunda futbolçunun əvəzlənməsi olub.

Alman nəhəngi baş məşqçi və oyunçu arasında yaranmış bu soyuqluğa görə yarımmüdafiəçi axtarışındadır.

29 yaşlı futbolçunun bundan xəbərdar olması isə vəziyyəti daha da gərginləşdirib.

Qeyd edək ki, 2015-ci ildən “Bavariya”da çıxış edən futbolçu bu mövsüm keçirilən 26 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.