"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
İdman
Bu gün, 09:50
13

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.
"Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
Xatırladaq ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.