Vətəndaş üçün MƏHKƏMƏ BARYERİ... - "...mən bu vəziyyətdə nə etməliyəm?"
Ölkə
8-12-2023, 10:33
311
"Deməli, 2019-cu ildə sentyabr ayında ağır yol qəzazı keçirmişəm, məhkəmənin qərarı ilə 6 ay sürücülük vəsiqəm "lişeniyaya" gedib. Həmin vaxt məhkəməyə sürücülük vəsiqəmi təhvil verə bilmədim.
İndi sürücülük vəsiqəm dəyişməlidir, ASAN Xidmət-də dedilər, həmin işə xitam verilməlidir, sistemdə qalıb. Göndərdilər məni Xəzər rayon Məhkəməsinə.
Məhkəmə göndərdi Xəzər rayon DYP-sinə. Axır belə bir fikir bildirdilər ki, məhkəməyə sürücülük vəsiqəmi vermədiyimə görə indi sürücülük vəsiqəmi yenidən verməliyəm və 6 ay gözləməliyəm.
Xahiş edirəm, bu işi bilənlər dəqiq məlumat verərdi, mən bu vəziyyətdə nə etməliyəm?"
Mənbə: Hüquqşünaslar Qrupu - Şikayətçi: Rəşad Babayev
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...