Deputatın tənqid etdiyi Abutalıbovun adamına “stop” qoyuldu - 2 milyon manatlıq borc
Cəmiyyət
18-05-2023, 17:01
133
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyində vergidən yayınma halları aşkarlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri olan Mais Məmmədov barəsində protokol dərc edilərək, iş məhkəməyə göndərilib. Məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xeyrinə qərar çıxarıb və Mais Məmmədovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Bundan narazı olan Mais Məmmədov rəhbəri olduğu qurum adından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.
Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında axtarışımız zamanı məlum olub ki, Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin 2 milyon 46 min 178 manat 24 qəpik vergi borcu aşkarlanıb.
Qeyd edək ki, Mais Məmmədov Hacıbala Abutalıbovun ən yaxın adamlarından biri hesab olunur.
Qaynarinfo