Sülh sazişini imzalamaq üçün Azərbaycanla məsləhətləşmələr aparırıq
Dünya
Dünən, 15:00
21
Biz sülh sazişinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 29-da jurnalistlərlə söhbətində bildirib.
O izah edib ki, sülh müqaviləsinin mətni yekunlaşıb və indi sənədin imzalanması qalır.
Qriqoryan sülh sazişinin imzalandığı gün Ermənistanın ATƏT-in Minsk Qrupunu buraxmağa hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan konstitusiyası məsələsində İrəvanın mövqeyi məlumdur.