Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünya
Bu gün, 15:20 19

Almaniya Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paketi planının bu həftə qəbul ediləcəyini gözləyir.

Bu barədə Almaniya hökumətinin nümayəndəsi bildirib.

"Bu məsələ səfirlər səviyyəsində qaldırılacaq və həftəsonu Avropa Komissiyasının nümayəndələrinin Slovakiyaya səfərindən sonra yenidən nəzərdən keçiriləcək", - o bildirib.