AQTA sahibkarların QƏNİMİNƏ ÇEVRİLİB... - Prezidentə müraciət olundu

Gündəm / Sosial
13-05-2022, 12:11 110


Bir qrup sahibkar Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin onlara yaratdığı əngəllərdən söz açıblar.

Tereqqi.az Anaxeber.info-ya istinadla bildirir ki, sahibkarlar dövlət rəhbərindən AQTA bəlasından xilas olmaq üçün yardım istəyiblər. Onların sözlərinə görə, iqtisadiyyatın inkişafı üçün həyata keçirilən dövlət proqramı sahibkar olaraq onları sevindirir.

"Bu gün dünya böhran içərisində olduğu bir vəziyyətdə Azərbaycanda çoxçeşidli kənd təsərrüfat məhsulları istehsalı və ixracı ölkəmizin bu böhran içərisində dayanıqlı qalmasınin əsas amillərindən biridir. Lakin bəzi qurumların səriştəsiz qərarlar alması nəticəsində öz məhsulumuzu ölkə ərazisindən kənara çıxarılmasını təmin edə bilmirik. Bunun da ən başlıca səbəblərindən biri Qida Təhlükəsizlik Agentliyinin yaratdığı sistem maneəsidir"-deyə müraciətdə qeyd olunur. Bildirilir ki, keçən il pomidor məhsulunun ixracı zamanı yaranmış böhran nəticəsində çox sayda istixanalarda olan məhsullar xarab olaraq kanallara atıldı, sahibkarlara milyon manatlarla zərər dəydi: " Bu qurumun tətbiq etdiyi kvota ixraca dəstək yox, zərər oldu. Yüzlərlə qeydiyyatdan keçmiş istixanalar pomidor əkməkdən imtina etdilər. Xırda qeydiyyatdan keçməmiş minlərlə istixana pomidor istehsalına başlasa da, onların qeydiyyatı olmadığından məhsulların ixrac edilməsi çox çətinlik yaradır. Yəni qeydiyyatda deyilsə məhsul ixracı mümkünsüzdür. Dəfələrlə bu barədə sözügedən agentliyə bildirilib. Amma məsələni qaydaya salmaq üçün heç bir addım atılmır. Sən Qida Təhlükəsizliyində qeydiyyatdasansa məhsul ixrac edə bilərsən, qeydiyyat yoxdursa sahibkarın istehsal etdiyi pomidorun aqibəti məlum deyil. Ən çox ixrac etdiyimiz ölkə Rusiyada bu qeydiyyatla bağlı bir maneə olmadığı halda Qida Təhlükəsizliyinin kənd təsərrüfatı ixracına bu cür münasibəti hansı maraqlara qulluq edir? Ölkəmizdən ixrac edilən məhsul ölkəyə valyuta gətirdiyi halda, istehsalçının öz məhsulunun bəhrəsini görmək istəməsi, qeyri neft sektoru içərisində kənd təsərrüfatı məhsulunun ən önəmli yerlərdən birini tutduqu halda Qida təhlükəsizliyinin nə kimi marağı var? Ölkədə tək pomidor deyil, kartof və digər məhsullar belə maneələr içərisində ixrac edilir. Hazırda 60-a yaxın vaqon pomidor ixracı var ki, sənəd ala bilməmək səbəbindən ixrac edə bilmirik. Cənab Prezident, Sizdən xahiş edirik, mövsümi xarakterli məhsul olan pomidor, kartof məhsulunun bu sayaq çətinliklərlə ixrac edilməsini nəzarətə götürün.

1.Hummətov Qaçqın Şura 051 736 83 03

2 Hidayətov Zöhrab Raqub 0504223111

3 Bədəlov Asif Marif 0556655553

4.Şirinov Elvin Valeh 0773170010

5 Həşimov Ələmdar

6 Həşimov Hamlet