Bu gün hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır.

Gündəm / Cəmiyyət
29-09-2022, 20:30 296

Bu cümlə mənə xilaskarımız, müasir və müstəqil AZƏRBAYCANIN memarı Heydər Əliyevin,uşaqdan-böyüyə azərbaycanlıların dilində əzbər olan "Mən fəxr edirəm ki, azərbaycanlıyam" cümləsini bir daha xatırlatdı.Özünü dərkim və gəncliyim bu fenomen insanın ikinci dəfə müstəqil və müasir Azərbaycanı yenidən qurması dövrünə təsadüf etdiyi üçün özümü xöşbəxt sayıram.Bir çoxları kiçik yaşlarından özünə ideal seçir.Onun kimi olmağa, ona oxşamağa çalışır.Bu hiss demək olar ki,əksər insanlarda olur.Mən mübaliğəsiz qeyd etmək istəyirəm ki,Heydər Əliyev Tanrının Azərbaycana, xalqın işıqlı sabahı, firavan gələcəyi naminə qismət etdiyi bir sönməz ümid idi.Belə bir söz var; insanda ən son ölən elə ümiddir.Məhz 1993 –cü ildə Heydər Əliyev Azərbaycanda ölmüş ümidi yenidən diriltmək, ona can vermək üçün xalqın çağırışına cavab verdi.O vaxtkı səriştəsiz, yarıtmaz hakimiyyətin çoxsaylı xahişlərini nəzərə alaraq Azərbaycanı uçurumdan qurtarmaq üçün Bakıya gəldi və siyasi fəaliyyətə başladı.
Qısa müddət ərzində siyasi arenada öz ağır və samballı çəkisi ilə Azərbaycanın xeyrinə dönüş yaradan Heydər Əliyev həm daxili və həmdə xarici siyasətdə nəzarəti tam olaraq ələ aldı.Xatirimdədir,Ulu Öndər Azərbaycana ikinci qayıdışından sonra siyasi fəaliyyətə (o vaxtkı daxili hərc-mərcliyə,özbaşınalığa son qoymaq üçün) Gəncə şəhərindən və cəbhə bölgəsindən başladı.Dünyanı idarə edən bütün iqtisadi və hərbi baxımdan güc dövlətlərinin maraqlarını Azərbaycana cəlb etdi,elə 1993 –cü ildə düşməni atəşkəs müqaviləsini bağlamağa məcbur etdi.Beləliklə ölkə daxilindəki siyasi qarışıqlıq,xaricdən böyük dövlətlərin Respublikamıza təziqinin ardı,arası kəsilməyən bir vaxtda bu dahi insanın,Ulu Öndərin 1994 –cü ildə Bakı şəhərinə dünyanın bütün güc dövlətlərinin rəhbərlərini yığaraq “Neft kontraktının” bağlanmasını təmin və təşkil etdi.Bununlada Azərbaycanda sabitliyin, iqtisadi inkişafln və əhalinin sosial rifahının yaxşılaşdırılmasının əsası Heydər Əliyev tərəfindən qoyuldu.Özündən əvvəl vətənini və millətini düşünən,bütün dünya liderlərinə,rəhbər- lərinə nümunə olan bir dahi şəxsiyyəti,vətəninin,millətinin xilaskarı, ümummilli Lider Heydər Əliyevi mən özümə necə ideal seçməyə bilərdim.Uşaq vaxtlarımdan onun çıxışlarını dinləyərək,Azərbaycan üçün etdiklərinə daima nəzər yetirirdim.Şübhəsiz idealımın ilk olaraq evdə valideyinlərim, özümdən yaşca üstün olan ətrafım (red.. dost sonra isə orta və ali məktəb müəllimlərim) və demək olar ki,hamı tərəfindən hörmətlə qarşılan- dığı,sevildiyi diqqətimi cəlb edirdi.Yaşımın üzərinə yaş gəldikcə bu dahi insana olan hörmətim və sevgim onu mənim idealım etdi.Artıq bu gün çox insan kimi,məndə müasir Azərbaycanla fəxr edirəm və qürur hissi keçirirəm.Çünki hər birimiz Ulu öndərin qurub,yaratdığı ölkənin vətəndaşlarıyıq. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən çətin,ağrılı vəziyyətdə qoyulan və bu gün Qətiyyətli Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və müasir formada yürüdülən siyasətin, hazırda bölgədə və dünyada gərginliyin,xaosun hökm sürdüyü bir vaxtda alternativi olmadığını açıq göstərir.
Həqiqətəndə,tarixən hər bir xalq azad olmağa,heç bir kəsdən asılı olmamağa çalışır.Azadlığı əldə etmək isə elə də asan olmur.Azadlıq çoxlu itkilər,çoxlu qanlar və əzab-əziyyətlər hesabına qazanılır.
Doğrudan da bu gün sevindirici haldır ki, xarici təsirlərin olmasına baxmayaraq,ölkədə yürüdülən ictimai-siyasi sabitliyə hesablanmış siyasətin sayəsində Azərbaycan xalqı öz dinini, dilini, mənəviyyatını qoruyub saxlamışdır.Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Ali Baş komandan İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi,yürüdülən siyasətin müasir formada inkişaf etdirərək, layiqli davamının olacağı işarəsi idi.Qeyd etmək istəyirəm ki, Ulu öndərin siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Ölkəmiz
in dinamik tərəqqisini şərtləndirən mühüm amildir.Qalib Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqımızın qəhraman oğulları sayəsində 30 ilə yaxın bir müddətdə düşmən taptağında olan torpağ-
larımız 2020-ci ildə azad olundu.Sonda, mən böyük qürur hissi ilə Ali Baş Komandan,möhtərəm Prezident İlham Əliyevin azad olunmuş torpaqlarımıza,Füzuli rayonuna növbəti səfərində,27 sentyabr tarixində çıxışı zamanı dediyi sözləri nəzərinizə çatfırmaq istəyirəm:
“Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.


YAP Saatlı rayon 15 saylı
ƏPT-nın sədri Məmmədov Vüqar.