Lerikdə TƏHSİL: İldırımlı yollarla olmasa da, PALÇIQLI YOLLARLA... - GİLEY

Gündəm / Aktual
28-10-2022, 10:30 234


Lerikin Laman kənd məktəbinin coğrafiya müəllimi şagirdlərin istifadə etdiyi yolun bərbad vəziyyətdə olmasından şikayətçidir.

Tereqqi.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdə danışan müəllim şagirdlərin gündəlik istifadə etdiyi yolun palçıq içində olduğunu bildirib:

“Bu palçığın içində hansı şəxsiyyət yeriyər?! 4 il bakalavr, 2 il magistr, 3 il də doktorantura təhsili almışam. Soruşuram, bu palçıqlı yolda təhsilimizin hansı işığından, gələcəyindən danışa bilərik?”.

Həmin kadrları təqdim edirik: