Fədayə Laçınla bacısı İlahə Fədanın küsülüdür?

Gündəm / Şou Biznes
1-11-2023, 14:42 7 793
Fədayə Laçınla bacısı İlahə Fədanın küsülüdür?

Tanınmış müğənni Fədayə Laçınla bacısı İlahə Fədanın küsülü olduğu iddia edilir.

Rusiyadan Bakıya gələn Fədayənin verilişlərdə və evində aparılan çəkilişlərdə bacısının iştirak etməməsi, yalnız anası ilə görünməsi bu söz-söhbəti daha da alovlandırıb.

Tereqqi.az Yenicag.az-a istinadla xəbər verir ki, sənətçi bacısı ilə aralarındakı münasibətə aydınlıq gətirib.

O, bir müddət öncə bacısı ilə aralarında küsülülük yarandığını təkzib etməyib:

“İlahə mənim böyük bacımdır, münasibətimiz də yaxşıdır. Bir vaxtlar aramızda inciklik olmuşdu. Səbəb də bu idi ki, sözünə baxmamışdım, o da küsmüşdü.

Amma indi hər şey yaxşıdır, sözündən çıxmıram. İlahə nə deyir, deyirəm, sən düz deyirsən”.

Fədayə bacısının Avropada olduğunu, buna görə də verilişlərə tək qatıldığını bildirib.