YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
Gündəm / Aktual
Bu gün, 15:51
15
YAP Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Azad Balayevin həbsinə bir müddət əvvəl həbs edilən sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə istintaq zamanı üzə çıxan bəzi faktlar səbəb olub.
Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.
İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.[s][/s]
