Bakıda ofisin seyfindən 14 800 manat oğurlanıb

Gündəm / Hadisə
9-02-2024, 16:08 1 365

Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14 800 manat pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.