BU NƏDİ BELƏ: Baş həkim postu SATIŞA ÇIXARILDI... - TƏBİB-dəkilər isə...

Gündəm / Aktual
24-07-2024, 14:27 413
BU NƏDİ BELƏ: Baş həkim postu SATIŞA ÇIXARILDI... - TƏBİB-dəkilər isə...

"Sabirabad Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən bir neçə dəfə yazmışam. Orada baş verən ana ölümləri və buna cavabdeh olan Mehriban həkim barədə məlumat vermişdim. Başqa neqativ hallar haqqında da bildirmişəm". Dia-az.İnfo bildirir ki, bunu öz səhifəsində jurnalist Sima Babayeva yazıb.
Jurnalist daha sonra belə davam edir: "Lakin hər dəfə nə xəstəxanın rəhbərliyi, nə də TƏBİB heç bir tədbir görməyib, əksinə, məsələni ört-basdır etməyə üstünlük veriblər.
İndi Sabirabad RMX-da yeni problem baş qaldırıb. Baş həkim vəzifəsi hərraca çıxarılıb. Namizəd də müəyyənləşdirilub.
Deyilənə görə, xəstəxananın həmkarlar təşkilatının sədri, saxta əlillik təyinatı ilə məşğul olan onkoloq Elnur Əzizov bir aydan çoxdur 50 min manatından keçərək bu kresloya yiyələnmək istəyir.
Sabirabad RMX-nin direktoru Həsən Hüseynov işi düzüb-qoşsa da keçmiş baş həkim İkram Allahverdiyevin işdən azad edilmək haqqında ərizə verməməsi planı xeyli ləngidib.
Lakin Həsən Hüseynovun səyi nəticə verib, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə İkram doktorun işinə xitam verilib. Qeyd edim ki, İkram Allahverdiyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Məsələ ilə əlaqədar TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova mənimlə əlaqə saxlayıb bildirdi ki, Sabirabad RMX baş həkimi işdən çıxarılmayıb.
Amma İkram Allahverdiyevlə danışdım. Məlum oldu ki, İkram müəllim rəsmi şəkildə işdən azad edilib və bununla bağlı müvafiq əmr də verilib.
İndi bilmirəm, TƏBİB rəhbəri Vüqar Qurbanovun imzası olan sənədə inanım, yoxsa TƏBİB sözçüsü Zamirə Adilivanın and-amanına..."