NATO-nun baş katibi ABŞ-yə səfər edəcək

Gündəm / Dünya
Bu gün, 16:07 29

NATO-nun baş katibi Mark Rutte aprelin 24-25-də ABŞ-yə səfər edəcək.

Bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahının mətbuat xidməti məlumat yayıb.

"Mark Rutte ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə görüşəcək", - məlumatda bildirilib.