Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub
Gündəm / Dünya
Dünən, 19:13
360
İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq rusiyalı hərbçilərin ikinci qrupu qaytarılıb, əvəzində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri təhvil verilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"İyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında əldə edilmiş razılaşmalara uyğun olaraq Ukraynadan rusiyalı hərbçilərin ikinci qrupu qaytarılıb və bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib", - nazirlikdən bildirilib.
Məlumata görə, hazırda rusiyalı hərbçilər Belarus ərazisindədir, onlara zəruri psixoloji və tibbi yardım göstərilir. Bütün hərbçilər Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya xidmətləri ilə təmin olunmaq üçün ölkəyə aparılacaqlar.