Məktəb direktoru Ziyatay Zeynalov qəza törətdi: Xəsarət alan var

Gündəm / Seçilmişlər
Bu gün, 16:11 31
Məktəb direktoru Ziyatay Zeynalov qəza törətdi: Xəsarət alan var

Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-ü saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Ona başın təpə nahiyəsinin çoxsaylı sıyrılmış yaraları, sol tərəfli boyun və sağ tərəfli çanağın küt travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, – məlumatda deyilir.

APA-nın xəbərinə görə, avtomobillə qəza törədərək piyada Xudu Abdulla oğlu Əliyevi vuran Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

APA