Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
Gündəm / Sosial
Bu gün, 10:46
17
Xəbər verdiyimiz kimi, üç gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb.
Yerli KİV-də yayılan məlumata görə, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedən nümayəndəliyin fəaliyyəti ilə bağlı yoxlama aparıb. Yoxlama zamanı bir sıra maliyyə pozuntuları, o cümlədən kənar xərclər və digər problemlər üzə çıxıb.
Bununla bağlı toplanmış materialların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyi bildirilir.
Məlumata görə, məsələ ilə əlaqədar Elçin Yusubov da həmin idarəyə çağırılıb.
Qeyd edək ki, bu məsələ ilə bağlı "DİA-AZ"a yeni məlumatlar daxil olub. Mötəbər mənbə iddia edir ki, bu həftə Elçin Yusubov barəsində həbs qərarı verilə bilər. Mənbəyə görə, artıq "yuxarıların" bununla bağlı gərəkən məlumatı da var.
Onu da qeyd edək ki, Elçin Yusubov iqtisadiyyat naziri Mikayıl Cabbarovun çətiri altındadır...
