Xoşbəxtik ki, nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür, hansı yolla istifadəni özü müəyyən edir.

Gündəm / Cəmiyyət
13-03-2023, 21:14 217

İlk öncə qeyd etmək istəyirəm ki,ulu öndər Heydər Əliyevin ölkədə müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır.Bu milli ideya ətrafında Azərbaycan xalqı birləşərək gələcəyə doğru böyük inamla gedir və inkişaf edir.

Azərbaycan xalqı üçün bu milli ideya daimidir və ölkəmizin daxili,

xarici siyasətini müəyyənləşdirmək,

Azərbaycan respublika- sının iqtisadi inkişafını təmin etmək baxımından olduqca zəruridir.Umumiyyətlə bu milli ideyanın tərkibində Ümummilli liderin irəli sürdüyü əsas prinsiplər sırasında demokratiya da önəmli yerlərdən birini tutur.Deyərdim ki, Azərbaycan cəmiyyəti üçün Demokratik dəyərlərə sədaqət əsas prinsiplərdən biridir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratik dəyərlərə söykəndiyini və demokratiyaya daim sadiq olduğunu həmişə xüsusi olaraq vurğulayırdı.Müasir Azərbaycanın memarı daima qeyd edirdi ki, dövlətin inkişafı milli sərvətlərlə ölçülmür.

Dövlət zəngin sərvətlərə malik ola bilər.Lakin dövlət əgər həmin sərvətlərə malik olub demokratik dəyərlərə söykənməsə, onun inkişafı müvəqqəti xarakter daşıyacaqdır.Dövlət o zaman inkişaf edə bilir ki, demokratik dəyərlərə söykənir! Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biridə Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir.Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuşdur,milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlamışdır.Həmin dövrdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən aqrar islahat ölkənin ictimai-siyasi həyatında Azərbaycan- ın ərzaq təhlükəsizliyinin təmin olunmasında təsirli rol oynamışdır.Aqrar sahədə aparılan həmin islahatlar dahada müasir formada, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Məhz bunun nəticəsidir ki,

Azərbaycan hazırda bir çox ərzaq məhsulları ilə özünü tam təmin edir.

Bu gün Azərbaycan qlobal siyasətdə qətiyyətli və vahid mövqe sahibidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi dünyada milli maraqlarından bir addımda olsun geri çəkilməyə məcbur etməyin mümkün olmadığını,indi artıq hər kəs anlayır və qəbul edir.Ölkəmiz artıq heç kimdən asılı olmadan uğurla müstəqil həyat yaşaya biləcəyini,

bunun üçün bütün imkanlara sahib olduğunu hər kəsə sübut etmişdir.Məhz buna görə də ulu öndər ideyalarının layiqli davamçısı, siyasi varisi Prezident İlham Əliyev ölkəmizin qarşısında duran strateji vəzifələrdən danışarkən qeyd etmişdir ki, "Başlıca məqsədimiz sənayecə inkişaf etmiş ölkələrin sırasına daxil olmaq olsada, biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq.Bizim qarşımızda çox böyük perspektivlər var.

Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevirilməlidir".

Hər birimiz üçün qürur doğuran haldır ki, Azərbaycan Respublikasının müstəqil, sivil və demokratik məzmunda hüquqi bir dövlət kimi formalaşması Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi sayəsində mümkün olmuş və Azərbaycan xalqının müstəqil dövlətdə azad yaşaması heç nə ilə ölçüyə gəlməyən bir xoşbəxtlikdir.Artıq əminliklə deyə bilərik ki, müstəqli Azərbaycan hərtərəfli inkişaf edir və ulu öndər Heydər Əliyevin xalqımızın müstəqil,azad və rifah halında yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan bu gün etibarlı əllərdədir. Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması işi qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunmuşdur.Fikrimin sonunda bildirmək istəyirəm ki,ölkəmizin dövlət müstəqilliyi tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir! Bu qiymətli sərvəti isə qoruyub,saxlamaq hər birimizin müqəddəs borcudur!

Beləliklə xalqımız xöşbəxtdir ona görə ki,XX əsrin sonunda müasir və müstəqil ölkəmiz öz milli azadlığını,dövlət müstəqilliyini əldə etdi və təbii sərvətlərindən necə və hansı yolla istifadəni özü müəyyənləşdirdi.Bu da müstəqil və müasir Azərbaycanın banisi, dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevin və onun yolunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Bütöv Azərbaycanın qarantı Prezident İlham Əliyevin sayəsində mümkün oldu.

YAP Saatlı rayonu 15
saylı ƏPT-nın sədri,
Vüqar MƏMMƏDOV.