Ulu öndərin xilaskarlıq missiyası ilə ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu.

Gündəm / Cəmiyyət
15-06-2024, 10:37 719


Şükür olsun, artıq milli Qurtuluşdan başlanan yol, yəni müasir və müstəqil Azərbaycanın idarəçilik yolunu, bu kursu Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, suverenliyimizin təminatçısı və qarantı Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev uğurla yürüdür.
Burdan başlasam səhv etmərəm ki, müstəqil Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəlişi, ictimai-siyasi və sosial siyasəti ümummilli lider Heydər Əliyevin birbaşa adı ilə sıx bağlıdır.Bütün dünya iqtisadi sahəsinndə ən sabit və dinamik inkişafa malik ölkə hesab olunan Azərbaycan müstəqillik əldə etdikdən

sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sayəsində mümkün olunmuşdur.Belə ki, Heydər Əliyevin gərgin əməyi nəticəsində, ölkəmiz onun hakimiyyətinin birinci erasında, yəni 1969-1982-ci illərdə ölkədə güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olunmuşdur. Bunun səbəbi isə, ulu öndərin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də ölkəmizin xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqlədi.
Çünki 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən iqtisadi və sosial siyasət sayəsində iqtisadiyyatımızın bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq

mümkün idi.Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdi.Ölkədə aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış binaları, məktəbləri və sənaye müəssisələri tikildi,istifadəyə verildi.Gənclərimizin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün ümummilli Lider Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün geniş şərait yaradılmışdı.
Beləliklə xilaskarımızın, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə öz dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strategiya ölkəmizin potensial imkanları, milli mənafeləri, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla

hazırlandı.Heydər Əliyevin ikinci dəfə, yenidən ölkəyə rəhbərliyə gəldikdən sonra, onun sayəsində ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə olundu və irimiqyaslı iqtisadi islahatlara start verildi.Məhz bunun nəticəsində ölkədə maliyyə vəziyyəti stabil oldu, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi artmağa, xalqın həyat səviyyəsi isə yaxşılaşmağa başladı.Özüm hal-hazırda özəl sektorda olduğum üçün bunların canlı şahidiyəm, belə ki, Ulu öndər deyərdim sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini konkret müəyyənləşdirməklə yanaşı, ölkə iqtisadiyyatının bazar iqtisadiyyatı yolu ilə inkişafına əlverişli hüquqi zəmin yaratdı.Ən əsası isə 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin siyasi-iqtisadi, sosial bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirirdi və strateji əhəmiyyətinə görə də seçildi. Xatirimdədir xilaskarımız Heydər Əliyevin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə imzalanmış

“Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla ölkənin enerji sektorunun inkişafı qeyri-neft sahəsinin fəal artımına gətirib çıxartdı. Xüsusi qeyd edərdim ki, bu saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı əllərdədir və tərəfdaşdır!Bu ölkədə işləmək və sərmayə qoymaq olar. Və “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətləri-nin ölkəmizə axınına şərait yarandı. Beləliklədə Azərbayacan öz qapılarını xarici sərmayələr üçün tay-batay açdı.Bir daha böyük qürur hissi ilə yazıram ki, Heydər Əliyev zəngin dövlətçilik irsi daimidir və əbədiyaşardır.Və artıq dövlətçilik irsi və ideyaları dərindən öyrənilir, geniş təbliğ olunur.Bu barədə xüsusi qeyd etmək istəyirəm ki,ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın

rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu prosesdə çox böyük rolu vardır.Fond, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıığlması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparır. Beləliklə, Heydər Əliyev Fondu Ulu Öndərin zəngin irsinin təbliğində mühüm rol oynayır.
Ölkədə idarəetmə sistemi təkmilləşdirilərək, yeni kadr siyasətini uğurla həyata keçirərək, bir-sıra neqativ halların aradan qalxması təmin olunmuş,hakimiyyət komandasının monolitliyini daha da gücləndirmişdir. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, ümumiyyətlə həyatın bütün sahələrində bu gün Azərbaycanda həyata keçirilən bütün islahatlar cəmiyyət tərəfindən rəğbətlə alqışlanmış və qarşılanıbdır.Sonda bir daha qeyd edim ki, idealımız olan ulu öndər Heydər Əliyevin bütün bunlarla yanaşı xilaskarlıq missiyası ilə ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu.

YENİ AZƏRBAYCAN PARTİYASI
Saatlı rayonu 15 sayı ƏPT-nın sədri
Vüqar Məmmədov.