“Baku Mall” Ticarət Mərkəzindən Azərbaycan bayrağına hörmətsizlik -FOTO

Gündəm / Seçilmişlər
23-05-2022, 11:16 205


Paytaxtın Yasamal rayonu ərazində yerləşən “Baku Mall” Ticarət Mərkəzindən Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.

KivNews.com xəbər verir ki, ticarət mərkəzinin qarşısına asılan Azərbaycan bayrağı səhv asılıb. Belə ki, bayrağın sol zolağında yaşıl rəng olmalıdır. Qeyd edək ki, müstəqilliyimizin rəmzi olan bayraq uğrunda şəhidlər verib, qanlar tökülüb. Heç kimin haqqı yoxdur ki, bu bayrağa hörmətsizlik etsin.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 21 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi deyil, yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

KivNews.com